Rusiyanın “İzvestiya” qəzeti Azərbaycanda parlament seçkilərindən yazır

Rusiyanın “İzvestiya” qəzeti Azərbaycanda parlament seçkilərinin yekunlarını şərh edib. Secki-2020.az saytı xəbər verir ki, məqalədə seçkilərlə bağlı ümumi məlumatlar yer alıb. Parlament seçkilərini 58 ölkə və 59 təşkilatdan 800-dən çox müşahidəçinin izlədiyi qeyd edilir. Bildirilir ki, seçkilərin gedişi ilə bağlı ciddi problemlər qeydə alınmayıb.
Yazıda Azərbaycanda aparılan islahatlar, Prezident İlham Əliyevin daxili və xarici siyasəti barədə də söhbət açılır.