İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər

İtaliyalı deputatlar Azərbaycandakı seçki prosesini müsbət qiymətləndiriblər

Fevralın 9-da Azərbaycanda keçirilən seçkiləri müşahidə edən İtaliya parlamentinin iki üzvü - “Forza İtalia” partiyasını təmsil edən Mariya Rizotti və “Şimal liqası” partiyasının nümayəndəsi Rosanna Boldi proses barədə fikirlərini yerli mətbuata açıqlayıblar. Secki-2020.az saytı ANSA agentliyinə istinadla xəbər verir ki, italiyalı parlamentarilər seçki prosesini ümumilikdə müsbət qiymətləndiriblər. Seçkilərin gedişini şərh edən deputatlar heç bir qanun pozuntusu ilə rastlaşmadıqlarını deyiblər: “Səsvermə zamanı saxtakarlıq olmasın deyə bütün tədbirlər görülmüşdü. Biz müşahidə apardığımız məntəqədə heç bir qayda pozuntusu ilə üzləşmədik”.



gallery